Mobil versiya
Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib, ölən var
Tarix: 08-08-2022 | Saat: 11:33
Bölmə:Ölkə | çapa göndər

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib, ölən var

Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

AIA.Az "Report"a istinadən bildirir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

Araşdırma aparılır.

Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqlənib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024