"İtalyan şirkətlərinə əməkdaşlıq təklif edirik" - Zakir İbrahimov
Tarix: 23-11-2026 | Saat: 11:49
Bölmə:Siyasət | çapa göndər

Bu gün kritik minerallar qlobal iqtisadi təhlükəsizlik, sənaye və enerji keçidi üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın bu istiqamətdə əsas rollardan birinə malik olmaq üçün lazımi potensialı var.
aia.az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində keçirilən "Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiyada deyib.
“Sual ola bilər ki, niyə Azərbaycan? Çünki ölkəmiz zəngin mineral xammal bazasına, sənaye və enerji infrastrukturuna, Orta Dəhliz üzərində əlverişli coğrafi mövqeyə malikdir. Bu üstünlüklər ölkəmizə yalnız xammal tədarükçüsü deyil, həm də regionda emal və logistika imkanlarını birləşdirən mərkəzə çevrilmək potensialını verir. Bu strateji hədəfə çatmaq üçün ölkəmizdə ardıcıl addımlar atılır. Prezident İlham Əliyev çıxışında dağ-mədən sənayesinin perspektivliyi, iqtisadiyyatımız üçün əhəmiyyətini və istehsalat zəncirinin tam qurulmasının vacibliyini xüsusi vurğulayıb və bu ilin sentyabr ayında Azərbaycanda mineral, metallurgiya və dağ-mədən sahələrinin inkişafını əhatə edən 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı təsdiqlənib. Milli dağ-mədən şirkəti olaraq "AzerGold" bu strateji hədəflərin həyata keçirilməsində fəal iştirak edirik. Burada mən konkret nümunələri göstərmək istərdim. Birincisi, ölkəmizdə aparılan genişmiqyaslı, bu günün tələblərinə, yəni texnologiya baxımından bu günün tələblərinə cavab verən ən müasir yanaşmaları tətbiq etməklə tədqiqat və kəşfiyyat işlərinin ölkə üzərində aparılması. Filizçay polimetal yatağında mövcud ehtiyatlar, xüsusən də mis və sink üzrə ehtiyatlar geniş investisiya imkanlarını yaradır”.
O, Naxçıvan Muxtar Respublikası ərazisində artıq icrada olan layihəni qeyd edib: "Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə ortaq şirkət yaradaraq mis yataqlarının kəşfiyyatı aparılmaqdadır. Bu forumda xüsusən bizim Daşkəsən dəmir-mis layihəsini qeyd etmək istərdim. Nümunə kimi, İtaliyanın "Tenova" şirkəti ilə və "SACE" kimi maliyyə tərəfdaşları ilə əməkdaşlıq müasir texnologiyaların və beynəlxalq maliyyə alətlərinin birləşməsini təmin edir. Bu nümunə göstərir ki, İtaliya ilə tərəfdaşlıq yalnız niyyət deyil, artıq real nəticədir".
"Bu gün biz italyan şirkətlərinə birgə dəyər yaratmaq, emal, texnologiya və məhsulun son mərhələsinədək uzanan zəncirə əməkdaşlıq təklif edirik. Bu forum qarşılıqlı etimadı yeni layihələrlə, birgə layihələrə çevirmək üçün yaxşı fürsətdir. İtaliyalı tərəfdaşlarımızı bu istiqamətdə birgə işləməyə dəvət edirəm", - deyə Z.İbrahimov əlavə edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-11-2026
22-11-2026