Ana Sayfa > Ölkə > Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib, ölən var
Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib, ölən var8-08-2022, 11:33. Yazar: admen |
Bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib. AIA.Az "Report"a istinadən bildirir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb. Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub. Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. Araşdırma aparılır. Məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqlənib. Geri dön |