Mobil versiya
Rusiya Çinə təcili dəmir yolu çəkməyə hazırlaşır
Tarix: 29-07-2022 | Saat: 18:09
Bölmə:Gündəm / Dünya | çapa göndər

Rusiya Çinə təcili dəmir yolu çəkməyə hazırlaşır

Rusiya Çinlə dəmir yolu tikintisini təcili olaraq həyata keçirməyə hazırlaşır.

Aia.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin təqdimatında bildirilib.

Qeyd olunub ki, Rusiya 2030-cu ilədək bu istiqamətdə görülən işlərə 30,8 milyard dollar ayıracaq.

Bildirilib ki, dəmir yolunun tikinti işlərinə 7 layihə daxildir. Həmin plana uyğun olaraq, Rusiyanın qonşu ölkələrlə sərhədindən 369 kilometr uzunluğunda üç yeni keçid məntəqəsi keçəcək.
Ətraflı


Habelə Rusiya ərazisindən Qazaxıstan, Monqolustan və Çinə üç min kilometrlik dəmir yolunun çəkilməsi də nəzərdə tutulur.



Məlumata görə, bu layihələr Transsibir və Baykal-Amur magistralının yükünün azalmasına hesablanıb.

Rusiya Milli Reytinq Agentliyinin reytinq xidmətinin icraçı direktoru Sregey Qrişunin bildirib ki, bu layihəni tezliklə reallaşdırmaq mümkün olmayacaq: "Təkcə Monqolustana çəkiləcək dəmir yolu 31 milyard dollara başa gələcək. Ona görə də Çin və Asiyadakı başqa tərəfdarları olmadan Rusiya bu layihənin öhdəsində gələ bilməyəcək".

Aia.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024