Mobil versiya
Deputatdan ironiya: “Afrikada nazir olsaydılar, istiyə görə tədrisi qadağan edərdilər”
Tarix: 22-06-2022 | Saat: 12:56
Bölmə:Ölkə | çapa göndər

Deputatdan ironiya:

“İnflyasiya 12,5 faiz nəzərdə tutulsa da, bazarlarda qiymətlər hər gün bahalaşır”.

aia.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, sahibkarlığa şərait yaradılmalıdır.

“Rəsmi olaraq sahibkarlıq sahəsində yoxlamalar aradan qaldırılıb. Amma qeyri-rəsmi olaraq yoxlamalar aparılır”, - deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, monopoliya aradan qaldırılmalıdır. Deputat dərslərin sentyabrın 1-də başlamasını da təklif edib.

“Belə arqument gətirirlər ki, isti olduğuna görə dərslər sentyabrın 15-də başlayır. Afrikada nazir olsaydılar, onda isti olduğuna görə tədrisi qadağan edərdilər ki!” - deyə Fazil Mustafa bildirib.

Millət vəkili müəllimlərin ən yüksək maaşa layiq olduqlarını da vurğulayıb.(oxu.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə