Ana Sayfa > Ölkə > Deputatdan ironiya:
Deputatdan ironiya:22-06-2022, 12:56. Yazar: sevinc1 |
“İnflyasiya 12,5 faiz nəzərdə tutulsa da, bazarlarda qiymətlər hər gün bahalaşır”. aia.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, sahibkarlığa şərait yaradılmalıdır. “Rəsmi olaraq sahibkarlıq sahəsində yoxlamalar aradan qaldırılıb. Amma qeyri-rəsmi olaraq yoxlamalar aparılır”, - deyə o əlavə edib. Millət vəkili qeyd edib ki, monopoliya aradan qaldırılmalıdır. Deputat dərslərin sentyabrın 1-də başlamasını da təklif edib. “Belə arqument gətirirlər ki, isti olduğuna görə dərslər sentyabrın 15-də başlayır. Afrikada nazir olsaydılar, onda isti olduğuna görə tədrisi qadağan edərdilər ki!” - deyə Fazil Mustafa bildirib. Millət vəkili müəllimlərin ən yüksək maaşa layiq olduqlarını da vurğulayıb.(oxu.az) aia.az Geri dön |