YAP Göygöl rayon təşkilatında fəal gənclərlə görüş keçirilmişdir. - FOTOLAR
Tarix: 15-06-2022 | Saat: 14:20
Bölmə:Gündəm | çapa göndər
AİA.Az xəbər verir ki, Milli Qurtuluş Günü münasibətilə keçirilən görüş zamanı ilk öncə Müstəqil Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yap Göygöl rayon təşkilatının sədri Vüqar İsayev görüş iştirakçılarını salamlayaraq bayram təbrikini çatdırdıqdan sonra, Milli Qurtuluş Gününün xalqımızın ən müqəddəs bayram günü olduğunu qeyd etmiş, qurtuluşumuzun əsasında məhz Heydər Əliyev şəxsiyyətinin dayandığını və onun nurundan yaranmış Yeni Azərbaycan Partiyasının çox böyük rolunun olduğunu bildirmişdir.
Vüqar İsayev ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açmış, Müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsində Yeni Azərbaycan Partiyasının aktiv rolundan bəhs etmiş, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara imza atdığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirmişdir.
Əsas hədəflərdən birinin gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının daha da artırılması olduğu barədə məlumat verərək, öz potensialları ilə fərqlənən gənclərin daim irəli çəkilməsinin prioritet olduğunu bildirən Vüqar İsayev Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirmiş, gənclərə gələcəyin çağırışlarına öz töhfələrini vermələri üçün daha da aktiv olmalarınıtövsiyə etmişdir.
Fəal gənclərdən Anar Rzayev, Əli Həsənov, Hüseyn Əmirov, Zaur Məmmədli və digərləri aktivlik nümayiş etdirərək, gəncliyin inkişafı ilə bağlı təkliflər irəli sürmüş, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının xüsusi rolundan geniş və ətraflı söhbət açmışlar.
Bütün çıxış və nitqlərdə gənclərə göstərilən yüksək dövlət qayğısı xüsusi olaraq vurğulanmış, xalqımızın “Qurtuluşdan-Zəfərə” çatmasına görə əbədiyaşar ulu öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq bildirilmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025