Gəncədəki bıçaqlanmada yaralanan var
Tarix: 11-08-2015 | Saat: 15:15
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər
Nizami rayonunda baş verən hadisəni kimin törətməsi araşdırılır.
Gəncə şəhərində bıçaqlanma baş verib. Hadisə şəhərin Nizami rayonunda qeydə alınıb.
ANS PRESS-in verdiyi məlumata görə, dünən gecə saat 23 radələrində Gəncə şəhər sakini 1974-cü il təvəllüdlü Kamandan Nəriman oğlu Gəncəli naməlum şəxs və şəxlər tərəfindən bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, sol döş qəfəsindən, bud nahiyəsindən və belindən çoxsaylı bıçaq yaraları alıb. K.Gəncəliyə dərhal lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyəti normaldır.
Əlavə edək ki, bundan əvvəl də Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb. 30 yaşlı Zirəddin Hüseynov naməlum şəxs yaxud şəxslər tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilmişdi.
Həmçinin oxu: Gəncədə bıçaqlanma
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024