Mobil versiya
"Arsenal"ın futbolçusu dinini və adını dəyişdi
Tarix: 10-06-2022 | Saat: 09:45
Bölmə:İdman | çapa göndər

"Arsenal"ın futbolçusu dinini və adını dəyişdi

İngiltərə "Arsenal"ının futbolçusu Tomas Partey mərakeşli Sara Bella ilə evləndikdən sonra adını dəyişib.
AİA.Az report-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi özünə Yakubu adını götürüb. Lakin o, "topçular"ın heyətində əvvəlki adı ilə çıxış edəcək.
Qananın şərqində xristian ailəsində böyümüş Partey ilin əvvəlində islamı qəbul etmişdi.
Qeyd edək ki, Tomas Partey "Arsenal"a 2020-ci ildə İspaniya "Atletiko"sundan keçib. Ötən mövsüm o, İngiltərə Premyer Liqasında 24 oyuna çıxıb və 2 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Partey 2016-cı ildən Qana yığmasına çağırılır. "Arsenal" 2021/2022 mövsümündə 5-ci yeri tutub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024