Mobil versiya
Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxdu
Tarix: 09-06-2022 | Saat: 16:41
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda daha 15 nəfər COVID-19-a yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 070 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 63 nəfərdir.

Ölkədə son sutka ərzində 1 988, hazırkı dövrədək isə 6 916 588 test aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024