Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı
Tarix: 09-06-2022 | Saat: 15:28
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
"Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir. Belə ki, dünyada İİV-ə yoluxan insanların kumulyativ sayı 79.3, İİV-lə yaşayanların sayı 37.7 milyon, QİÇS-lə əlaqədar olaraq vəfat edənlərin sayı isə 36.3 milyondur".
aia.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova deyib.
Onun sözlərinə görə, Azərbaycanda isə bu infeksiya yoluxma əsasən yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daimi dəstəyi sayəsində İİV infeksiyasının yayılmasını son illər məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib.
"Hazırda Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2022-ci ilin 5 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5704-i (69,6 %) kişi, 2498-i (30,4%) qadındır. Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal “90-90-90” hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır.
Belə ki, ölkədə İİV-lə mübarizə tədbirləri çərçivəsində aparılan fəaliyyətin nəticəsi olaraq, ötən ilin sonuna İİV-lə yaşayan insanlardan öz İİV-statusunu bilənlər - 74,0%; onlardan ART-yə (Antiretrovirus terapiyaya) cəlb olunanların - 87,8%; müalicə qəbul edənlərdən virus yükü təyin olunmayanlar - 86,0% təşkil edir.
Göstəricilər bu yaxınlarda Azərbaycanda səfərdə olan Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbər şəxslər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Qlobal Fondun Missiyası Mərkəzin fəaliyyətini digər regional ölkələrə müsbət nümunə kimi göstərəcəklərini qeyd ediblər. Qonaqlar Mərkəzin ümumi fəaliyyəti və Qlobal Fondun layihələrinin Mərkəz tərəfindən icra vəziyyəti ilə tanış olduqdan sonra əldə olunan ümumi nəticələrin gözlənilən tələblərə uyğun olduğunu vurğulayıblar".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər