Mobil versiya
"Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm"
Tarix: 08-06-2022 | Saat: 18:03
Bölmə:İdman | çapa göndər

"Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm"

Bakıya hər iki hesabın lideri kimi gələcək "Red Bull Racing" həftəsonunu nikbinliklə gözləyir.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, komandanın pilotu Maks Ferstappen bu barədə fikirlərini bölüşərək deyib. O, Bakıya qayıtmağı səbirsizliklə gözlədiyini bildirib.
Ətraflı

"Ötənilki oyunu dayandırdıqdan sonra orada yarımçıq işlərim qalıb. Bakıda ciddi tormozlamalar və kiçik çıxma zonaları olan mürəkkəb şəhər halqası mövcuddur. Orada sazlamanı tapmaq və əlverişli hücum küncünü seçmək çox çətindir. Maraqlıdır, görəsən, biz bu uik-enddə təsnifat zamanı sürəti artıra biləcəyikmi? Əvvəllər sürətli dairədə biz bir az geri qalırdıq. Serxio ilə komandanın müqavilənin müddətini uzatmaları çox yaxşıdır, komandada varisliyi görmək xoşdur, bundan əlavə onunla xasiyyətimiz tutur", - deyə o bildirib.

Xatırladaq ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi iyunun 10-dan 12-dək Bakıda keçiriləcək.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024