Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir
Tarix: 07-06-2022 | Saat: 17:50
Bölmə:Gündəm | çapa göndər
Bu gün Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsidir ki, dünyanın aparıcı, nəhəng dövlətləri ölkəmizlə hesablaşır, təqdir edir, rəsmi Bakı ilə daha geniş, şaxələndirilmiş əlaqələr qurmaq arzularını ifadə edirlər.
İyunun 1-də ölkə Prezidenti cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində etdiyi çıxışda olduqca mühüm məqamlara diqqət çəkib. Uğurlu xarici siyasətə rəhbrəlik edən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və daha çox ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynamağa çalışır. Ölkə rəhbərinin sözlərinə görə diqqət və sərmayələri cəlb etmək baxımından Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən də çox olub. Prezident qeyd edib ki, bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi.
Azərbaycanın dövlət başçısı beynəlxalq təsisatlarla normal ikitərəfli əməkdaşlıqdan bəhs edərkən bildirdi ki, Azərbaycan Cənub Qaz Dəhlizinin icrası zamanı ərazisindən boru kəməri keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Komissiya “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir. Dövlət başçısı SOCAR və BP arasındakı strateji tərəfdaşlığının müstəsna əhəmiyyətini xüsusilə vurğulayaraq bildirib ki, Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Üstəlik, Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Dünya nəhəngləri ilə əməkdaşlıq hər iki tərəfə fayda verir. Gələn il bu iki stansiya istifadəyə veriləcək və ölkə başçısının dediyi kimi, bu, yalnız başlanğıcdır.
Azərbaycan Prezidenti beynəlxalq tədbir iştirakçılarının diqqətini “sıfırdan” qurulan Qarabağa da yönəldib. Bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Bu, Azərbaycanın nə qədər böyük potensiala malik olmasını nümayiş etdirən növbəti faktlardır, üstəlik, “siz də buyurun, töhfənizi verin”, ismarıcıdır. Nümunə də var: “Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir”.
Ölkə rəhbəri dövlətin enerji layihələrindən bəhs edərkən qeyd edib ki, enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir: “Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi münbit iqtisadi şərait yaradır. Azərbaycanın xarici borcunun ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq niyyətindəyik”.
Bütün bunlara Azərbaycanın malik olduğu sərvətlərin qarşılığında nail olunub, amma deyildiyi kimi, hələ görüləsi işlər çoxdur. Beynəlxalq əməkdaşlıq həm də Azərbaycanın Qarabağ Zəfərinin əbədiyaşarlığı, Ermənistanın revanşist cəhdlərinin qarşısının birdəfəlik alınması baxımından da müstəsna əhəmiyyət kəsb edir. Amma gərək beynəlxalq tərəfdaşlarımız da bu əməkdaşlığın dəyərini bilib, Azərbaycanın maraqlarına zidd davranışları elə bizim qədər rədd etsinlər.
Fəxrəddin Vəliyev
YAP Şəmkir Rayon Təşkilatının Sədri
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025