Mobil versiya
Ödemə faydalı bitki çayları
Tarix: 07-06-2022 | Saat: 11:37
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Ödemə faydalı bitki çayları

Orqanizmdə ödemlər əsasən ürək, böyrək və s. xəstəliklərdən əmələ gələ bilir. Ödem orqanızmdə artıq mayenin yığılmasıdır. Müxtəlif xəstəliklər zamanı böyrəklər lazım olan qədər suyu xaric edə bilmir və artıq maye yığılıb orqanizmdə qalır. Bu zaman əl,ayaq və gözaltı bölgələrdə yığılıb qalmış maye şişkinliyə səbəb olur və heç də xoş olmayan mənzərə meydana çıxır.
Ödemlərin əmələ gəlməsinə duzlu qida qəbulu və çoxlu maye içmək də səbəb ola bilir. Buna görə də həkimlər ödemi olan xəstələrə ilk növbədə qidalarından duzu çıxartmağı məsləhət görürlər.
Təbabətdə bəzi dəmləmələr var ki, onlar orqanizmdən artıq mayeni çıxarmaqda və böyrəklərin fəaliyyətini yüksəltməkdə ən yaxşı dərman vasitələri ilə müqayisəyə girə bilərlər. Bu dəmləmələrə aşağıdakılar aiddir:
Dəvədabanı kökü və yarpaqları dəmləməsi.
Sidikqovucu və antioksidant təsirə malikdir. Orqanizmdən artıq mayenin çıxarılmasına yardım edir, ödem əlamətlərini azaldır.
Cəfəri.
Cəfəri dəmləməsi böyrəklərin işini artırır və orqanizmdən artıq mayenin xaric olunmasına səbəb olur. Cəfərinin dəmləməsindən başqa sıxılmış suyu da ödem əlamətlərini aradan qaldırır.
Qarğıdalı saçağı.
Qarğıdalı saçağı tərkibində olan protein, vitaminlər və minerallara görən ən yaxşı müalicəvi vasitələrdən hesab edilir. O qanda şəkərin normallaşmasına yardım edir və iltihab əlamətlərini aradan qaldırır. Qarğıdalı saçağının ən gözəl keyfiyyəti böyrəklərin fəaliyyətini yaxşılaşdırmasıdır. Böyrəklər müxtəlif xəstəliklər zamanı suyu orqanizmdən lazım olduğu qədər xaric edə bilmədiklərinə görə, əmələ gələn ödemlərin aradan qalxmasına qarğıdalı dəmləməsi ən yaxşı müalicə vasitəsidir. Qarğıdalı saçağı həm də sidik yollarında olan iltihabın da aradan qalxmasında yardımçı olur. Qarğıdalı saçağı dəmləməsi ödem əlamətlərinin aradan qalxmasında bir nömrəli müalicə vasitəsidir.
Kərəviz.
Kərəviz dəmləməsi və kərəviz ən yaxşı təbii sidikqovuculardan sayılır. Yüksək təzyiq səbəbli böyrək patologiyalarında, doğumdan sonrakı şişkinliklərin aradan qaldırılmasında kərəviz dəmləməsinin tayı-bərabəri yoxdur. O orqanizmdəki artıq mayeni çıxartmaqla, şişkinliyi aradan qaldırır və böyrək fəaliyyətinin sürətləndirir.
Mütəxəssislər bitki dəmləmələrindən istifadə edərkən həkimlə məsləhətləşməyinizi tövsiyə edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024