Mobil versiya
Həkim-dermatoloq: “Günəş altında xoşxassəli neoplazmalar bədxassəlilərə çevrilir”
Tarix: 03-06-2022 | Saat: 14:21
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Həkim-dermatoloq: “Günəş altında xoşxassəli neoplazmalar bədxassəlilərə çevrilir”

Həkim-dermatoloq İndira Mütəllibzadə dərinin günəş şüasına məruz qalmasının xərçəngə səbəb olub-olmayacağı ilə bağlı fikrə aydınlıq gətirib.

Bu barədə o, Media.Az-a müsahibəsində deyib.

“ABŞ-ın Dermatoloqlar Assosiasiyasının rəsmi məlumatlarına görə, ultrabənövşəyi radiasiyaya məruz qalmanın artması səbəbindən dəri xərçənginin inkişaf ehtimalı yüksəkdir.

Günəş şüaları dəriyə düşdükdə dəri qızarmağa, sonra qaralmağa başlayır, tonlaşma baş verir. Ultrabənövşəyi şüalara çox uzun müddət məruz qaldıqda dəridə ləkələr görünür. Bunlar keçib getməyən piqmentdir, xala bənzəyir, xoşxassəli neoplazmalardır (şişlər - red.). Ancaq insan qoruyucu vasitələrdən istifadə etmədən daim günəşin altında qalmağa davam edərsə, xoşxassəli neoplazmalar bədxassəlilərə çevriləcək”.

Həkim eyni zamanda SPF kremlərinin D vitaminini bloklamadığını da deyir.

“Krem yalnız UVA (uzundalğalı ultrabənövşəyi şüalar) və UVB (ortadalğalı ultrabənövşəyi şüalar) şüalarını bloklayır. Sağlamlığınıza zərər vermədən gözəl qaralmaq istəyirsinizsə, günəşin aktiv olmadığı saatlarında onun altında olmalısınız. Yəni günəş vannasını səhər yeddinin yarısından doqquza qədər qəbul etmək lazımdır”, - deyə o bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024