AZ RU Mobil versiya
Delimitasiya üzrə Komissiyanın ilk görüşünün keçirildiyi yer bilindi
Tarix: 26-05-2022 | Saat: 12:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Delimitasiya üzrə Komissiyanın ilk görüşünün keçirildiyi yer bilindi

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk görüşünün keçirildiyi yer bilinib.

aia.az “news.am”a istinadən xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Arazdəyən kəndi (Vedi rayonunun Arazdəyən kəndi) istiqamətində sərhəd xəttində görüşüb.

“Növbəti görüşün vaxtı hələ müəyyən olunmayıb”, - Mqer Qriqoryanın ofisindən açıqlama verilib.

Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.

Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.

Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.

Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada baş tutacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

569 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2022