Mobil versiya
“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək
Tarix: 06-05-2022 | Saat: 09:27
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzindən bildirilib.

“Sınaqlar 15 ay ərzində davam edəcək. Könüllü olmaq üçün müraciət edənlər var. Ümumi nəticələr əldə olunduqdan sonra Türkiyə tərəfinə təqdim olunacaq. Ondan sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək” ,– deyə əlavə edilib.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”-ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024