Mobil versiya
Bakıda anasını qətlə yetirən yeniyetmə həbs edildi
Tarix: 25-04-2022 | Saat: 16:14
Bölmə:Seçki 2024 | çapa göndər

Bakıda anasını qətlə yetirən yeniyetmə həbs edildi

Nizami Rayon Məhkəməsində Bakıda anasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Trend-in məlumatına görə, prosesdə təqdimat təmin edilib və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğunun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.

Xatırladaq ki, hadisə aprelin 20-si paytaxtın Nizami rayonu ərazisində "Neftçilər" metrostansiyasının qarşısında baş verib. 2007-ci il təvəllüdlü oğlan qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova bıçaqla qətlə yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024