YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın hədəfləri və yeni fəaliyyət istiqamətləri müzakirə edilib -Fotolar
Tarix: 27-10-2026 | Saat: 18:19
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Xətai prospekti 49” ünvanı üzrə Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında qarşıya qoyduğu vəzifələrə həsr olunmuş görüş keçirilib.
aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə açılış nitqi ilə çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri,YAP Nərimanov rayon təşkilatının “Xətai prospekti 49” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri Rauf Orucov VIII Qurultayın partiyanın gələcək fəaliyyətinin prioritetlərinin müəyyənləşdirilməsi və müasir dövrün tələblərinə uyğun yeni hədəflərin qarşıya qoyulması baxımından əhəmiyyətini vurğulayıb. O, partiya üzvlərinin siyasi proseslərdə fəallığının artırılmasının, ideoloji işin gücləndirilməsinin və dövlətçilik prinsiplərinin təbliğinin vacibliyini qeyd edib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında Prezident İlham Əliyevin qurultaydakı nitqinin Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və partiyanın qarşısında duran vəzifələrin dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, ölkəmizin qazandığı nailiyyətlərin qorunub saxlanılmasında, milli maraqların müdafiəsində və cəmiyyətin dövlətçilik ideyaları ətrafında birləşdirilməsində partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən bəhs edib. Elçin Quliyev, həmçinin Ərazi Partiya Təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılmasının, üzvlərlə işin sistemli şəkildə qurulmasının və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Digər çıxış edənlər VIII Qurultayda irəli sürülən təşəbbüslərin həyata keçirilməsində partiya üzvlərinin rolundan danışaraq, maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlılığının gücləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması və dövlət siyasətinin mahiyyətinin cəmiyyətə düzgün çatdırılması istiqamətində fikirlərini bölüşüblər.
Sonda qurultayda müəyyənləşdirilən vəzifələrin hər bir Ərazi Partiya Təşkilatında məqsədyönlü şəkildə həyata keçirilməsinin, üzvlərin təşəbbüskarlığının artırılmasının və partiyanın qarşısında duran strateji hədəflərə nail olunması üçün birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-10-2026