Mobil versiya
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Tarix: 27-10-2026 | Saat: 20:40
Bölmə:Gündəm / Ölkə | çapa göndər

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək


Xəbər verdiyimiz kimi, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə hökm oxunub. “Boz kardinal”a 14 il azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla cəzası şərti hesab edilib.

“aia.az”ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsi də yer alıb.

Mehdiyev Ramiz Ənvər oğlunun bütün dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi ilə bağlı xüsusi qərar qəbul edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2026