Mobil versiya
Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı
Tarix: 27-10-2026 | Saat: 23:21
Bölmə:Dünya | çapa göndər

Seçkidə məğlubiyyətindən sonra ailəsi ilə ABŞ-yə qaçdı


Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın rəqibi Flavio Bolsonaro seçkilərdəki məğlubiyyətdən sonra ABŞ-yə gedib.

“aia.az” xəbər verir ki, bu barədə “CNN Brasil” siyasətçinin ailəsinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Braziliyanın keçmiş prezidenti Jair Bolsonarunun oğlu Flavio ölkədən çıxışına məhkəmə tərəfindən qadağa qoyulmasına baxmayaraq, həyat yoldaşı və iki qızı ilə birlikdə ABŞ-yə yollanıb.

Qeyd edək ki, Braziliya Federal Ali Məhkəməsi senator Flavio Bolsonaroya qarşı ciddi məhdudlaşdırıcı qərar çıxarmışdı. Çirkli pulların yuyulması istintaqı çərçivəsində hakim Aleksandr de Moraes senatora pasportlarını 24 saat ərzində təhvil verməyi və ölkəni tərk etməməyi əmr etmişdi.

Məhkəmənin araşdırdığı istintaq Flavio Bolsonaro ilə vəkil Viller Tomaz arasındakı şübhəli maliyyə əlaqələrini və mərc platformaları vasitəsilə həyata keçirildiyi iddia edilən pul köçürmələrini əhatə edir. Qərara əsasən, Flavio Bolsonaroya pasportlarını təhvil verməklə yanaşı, vəkil Viller Tomazla hər hansı əlaqə saxlaması da qadağan edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2026