Ana Sayfa > Parlament > Bakıda anasını qətlə yetirən yeniyetmə həbs edildi
Bakıda anasını qətlə yetirən yeniyetmə həbs edildi25-04-2022, 16:14. Yazar: sevinc1 |
Nizami Rayon Məhkəməsində Bakıda anasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Trend-in məlumatına görə, prosesdə təqdimat təmin edilib və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğunun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib. Xatırladaq ki, hadisə aprelin 20-si paytaxtın Nizami rayonu ərazisində "Neftçilər" metrostansiyasının qarşısında baş verib. 2007-ci il təvəllüdlü oğlan qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova bıçaqla qətlə yetirib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. aia.az Geri dön |