Mobil versiya
Ödəniş terminallarının yeni 10 manatlıq əsginasları tanıması üçün hansı işlər görülür?
Tarix: 22-04-2022 | Saat: 17:03
Bölmə:Seçki 2024 | çapa göndər

Ödəniş terminallarının yeni 10 manatlıq əsginasları tanıması üçün hansı işlər görülür?

Bu gün Mərkəzi Bank iyunun 22-dən yenilənmiş 10 manatlıq əsginasın dövriyyəyə buraxılacağını açıqlayıb.

Terminalların yeni əsginasa uyğunlaşdırılması istiqamətində aparılan işlərlə bağlı sorğusunu Azərbaycanın "MilliÖN" və "e-Manat" ödəniş sistemlərinə nəzarət edən şirkətlərdən cavablayıblar.

Bildirilib ki, yeni 10 manatlıq əsginasın dövriyyəyə buraxılması ilə əlaqədar Azərbaycanın "MilliÖN" və "e-Manat" ödəniş sistemləri terminallarının ona uyğunlaşdırılması üçün Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparır.

"eManat"-dan verilən məlumata görə, yaxın vaxtlarda ödəniş terminallarının yeni əsginasa uyğunlaşdırılması prosesinə başlanılması planlaşdırılır.

Eyni zamanda, "MilliÖN"-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankla danışıqlar aparılır və plana uyğun olaraq terminalların proqram təminatının yenilənməsi istiqamətində işlər görülür.

Xatırladaq ki, iyunun 22-dən Azərbaycanda yeni dizaynlı 10 manatlıq əsginas dövriyyəyə buraxılacaq. Əsginasın təhlükəsizlik elementləri və dizaynı ən son texnologiya ilə yenilənib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024