Ana Sayfa > Parlament > Ödəniş terminallarının yeni 10 manatlıq əsginasları tanıması üçün hansı işlər görülür?
Ödəniş terminallarının yeni 10 manatlıq əsginasları tanıması üçün hansı işlər görülür?22-04-2022, 17:03. Yazar: admen |
Bu gün Mərkəzi Bank iyunun 22-dən yenilənmiş 10 manatlıq əsginasın dövriyyəyə buraxılacağını açıqlayıb. Terminalların yeni əsginasa uyğunlaşdırılması istiqamətində aparılan işlərlə bağlı sorğusunu Azərbaycanın "MilliÖN" və "e-Manat" ödəniş sistemlərinə nəzarət edən şirkətlərdən cavablayıblar. Bildirilib ki, yeni 10 manatlıq əsginasın dövriyyəyə buraxılması ilə əlaqədar Azərbaycanın "MilliÖN" və "e-Manat" ödəniş sistemləri terminallarının ona uyğunlaşdırılması üçün Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparır. "eManat"-dan verilən məlumata görə, yaxın vaxtlarda ödəniş terminallarının yeni əsginasa uyğunlaşdırılması prosesinə başlanılması planlaşdırılır. Eyni zamanda, "MilliÖN"-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankla danışıqlar aparılır və plana uyğun olaraq terminalların proqram təminatının yenilənməsi istiqamətində işlər görülür. Xatırladaq ki, iyunun 22-dən Azərbaycanda yeni dizaynlı 10 manatlıq əsginas dövriyyəyə buraxılacaq. Əsginasın təhlükəsizlik elementləri və dizaynı ən son texnologiya ilə yenilənib. AİA.Az Geri dön |