Mobil versiya
Bir gündə 7 mindən çox insan peyvənd olundu
Tarix: 16-04-2022 | Saat: 16:48
Bölmə:Səhiyyə | çapa göndər

Bir gündə 7 mindən çox insan peyvənd olundu

Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 085 vaksin vurulub.

Bu barədə aia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 535, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 560, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5538, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 452 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 589 438, birinci doza peyvəndlərin ümumi sayı 5 334 034, ikinci doza vaksinlərin sayı 4 836 019 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 183 237, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 236 148 olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024