Şuşa şəhəri qazla qızdırılmayacaq - AÇIQLAMA
Tarix: 15-04-2022 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev işğaldan azad olunmuş Şuşa şəhərində qurulan istilik sistemindən danışıb.
aia.az-ın məlumatına görə, o, bu məqsədlə Şuşa şəhərində yeddi qazanxananın tikinti işlərinə başlanıldığını bildirib:
“Müxtəlif təyinatlı 16 binanın daxili istilik təchizatı yenidən qurulub. Hazırda altı qazanxana, 20-yə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Binalardan biri icra hakimiyyətinin inzibati binası olduğu üçün əsaslı təmir işləri aparılır”.
O qeyd edib ki, Şuşa şəhərində qaz yanacağından istifadə edilməsi nəzərdə tutulmadığı üçün qazanxanaların altısı elektrik enerjisi ilə, bir ədədi dizel yanacağı ilə işləyir.(oxu.az)
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-02-2025
31-01-2025