Ana Sayfa > Karusel / Gündəm > Şuşa şəhəri qazla qızdırılmayacaq -
Şuşa şəhəri qazla qızdırılmayacaq -15-04-2022, 12:44. Yazar: sevinc1 |
“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev işğaldan azad olunmuş Şuşa şəhərində qurulan istilik sistemindən danışıb. aia.az-ın məlumatına görə, o, bu məqsədlə Şuşa şəhərində yeddi qazanxananın tikinti işlərinə başlanıldığını bildirib: “Müxtəlif təyinatlı 16 binanın daxili istilik təchizatı yenidən qurulub. Hazırda altı qazanxana, 20-yə yaxın obyekt fasiləsiz olaraq istiliklə təmin edilir. Binalardan biri icra hakimiyyətinin inzibati binası olduğu üçün əsaslı təmir işləri aparılır”. O qeyd edib ki, Şuşa şəhərində qaz yanacağından istifadə edilməsi nəzərdə tutulmadığı üçün qazanxanaların altısı elektrik enerjisi ilə, bir ədədi dizel yanacağı ilə işləyir.(oxu.az) aia.az Geri dön |