Mobil versiya
İcbari Tibbi Sığortanın Abşeron rayonu üzrə tədbiqi davam edir - FOTOLAR
Tarix: 08-04-2022 | Saat: 17:38
Bölmə:Səhiyyə | çapa göndər

İcbari Tibbi Sığortanın Abşeron rayonu üzrə tədbiqi davam edir

Hər il dünya ictimaiyyətinin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən mövzulara cəlb edilir və müxtəlif şüarlar altında müzakirələr düzənlənilir.

AİA.Az xəbər verir ki, Abşeron rayonunda İcbari tibbi siğortanın əhali arasında tətbiqi ilə bağlı müvafiq tədbirlər bu dəfə Ümumdünya Sağlamlıq Gününə təsadüf edib.

Ölkəmizdə müasir səhiyyə sisteminin yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması dövlət başçısının yürütdüyü sosial siyasətin tərkib hissələrindən biridir. Respublikamızın iqtisadi qüdrətinin artması səhiyyənin də davamlı inkişafına səbəb olub. İcbari tibbi sığortanın tətbiqi də məhz bu baxımdan inkişafın əhəmiyyətli nəticəsidir. Bir çox ölkənin səhiyyə sistemində geniş şəkildə tətbiq edilən icbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərar dövlət siyasətinin mərkəzində insan amilinin olduğunu bir daha təsdiqləyir.
İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə Abşeron Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən növbəti dəfə aprelin 8-də Saray qəsəbəsində məlumatlandırma aparılıb. Ailə Sağlamlıq Mərkəzində sözügedən qəbul zamanı İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova da iştirak edib, İcbari Tibbi Sığorta çərçivəsində işlərlə yaxından tanış olub.

Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edilib və tibbi müayinələrini həyata keçiriblər. Sakinlərin diqqətinə çatdırılıb ki, aparılacaq müayinə və müalicələr İcbari Tibbi Sığorta tərəfindən qarşılanacaq. Beləliklə, xəstələr ödəniş etmədən müasir tələblərə uyğun olan tibbi xidmətlərdən yararlana biləcəkdir.

İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alınıb və İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırılıb. Sakinlər göstərilən xidmətlərə görə aidiyyatı qurumlara öz minnətdarlıqlarını ifadə ediblər.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024