Mobil versiya
İndiyədək Azərbaycanda nə qədər vaksin vurulub?
Tarix: 01-04-2022 | Saat: 16:45
Bölmə:Səhiyyə | çapa göndər

İndiyədək Azərbaycanda nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus əleyhinə 12 879 vaksin vurulub.

Bu barədə aia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 909, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 240, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10 115, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 615 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 469 201, birinci doza peyvəndlərin ümumi sayı 5 325 295, ikinci doza vaksinlərin sayı 4 825 873 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 088 723, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı isə 229 310 olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə