Könül Nurullayeva rayon sakinlərini qayğılandıran məsələlərlə maraqlanıb - FOTOLAR
Tarix: 27-03-2022 | Saat: 15:03
Bölmə:Gündəm | çapa göndər
AİA.Az xəbər verir ki, 24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Diqqətinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, imtiyazlı şəxslərin ictimai nəqliyyatdan ödənişsiz istifadə etməsi ilə bağlı vətəndaşın irəli sürdüyü təklif, Nizami rayonunu təmsil edən peşəkar futbol komandasının Azərbaycan Birinci Divizionunda iştirak etməsi üçün lisenziyanın verilməsi, fiziki sağlamlığını itirmiş vətəndaşın mənzil təminatı ilə əlaqədar yaşadığı çətinlik, işlə təmin olunma və s. məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025