“Dəmir yumruq” ermənilər tərəfindən törədiləcək təxribatların qarşısını almağa hər zaman hazırdır
Tarix: 26-03-2022 | Saat: 11:04
Bölmə:Gündəm | çapa göndər
2020-ci ilin payızında baş verən və cəmi 44 gün davam edən II Qarabağ müharibəsində rəşadətli ordumuz şərəfli tarix yazdı. Ordumuz Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri qısa müddətdə darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman oğullarımız Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyaraq, öz canları və qanları bahasına torpaqlarımızı düşmən tapdağından azad etdilər.
Azərbaycan əsgəri bu döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərdi və dünyada ən güclülərdən olduğunu təsdiqlədi. Azərbaycan Ordusunun müharibə zamanı müasir texnologiyalar əsasında hazırlanan silahlardan istifadə edərək həyata keçirdiyi hücum taktikası dünya praktikasında ilk oldu – silahlı qüvvələrimizin hücum taktikası hərbi mütəxəssislər tərəfindən XXI əsrdə aparılacaq müharibələrin modeli kimi qəbul edildi. Azərbaycan Ordusu dünya hərb elminə yeni strategiya və taktika gətirdi. Silahlı Qüvvələrimizin şanlı qələbəsi və apardığı uğurlu hərbi əməliyyatlar – həm texniki imkanlar, həm də operativ addımlar dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir.
Bu qələbə təsadüfən baş vermədi. Atəşkəs elan olunduğu 1994-cü ildən Azərbaycan Ordusunun formalaşması üçün mühüm addımlar atıldı, eyni zamanda ölkədə ordu quruculuğunu prioritet sahə kimi daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev 2020-ci il noyabrın 10-da qarşısına qoyduğu məqsədə nail oldu. Rəşadətli ordumuz hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək, qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini qısa müddət ərzində darmadağın etdi.
Tanınmış hərbi mütəxəssislər bildirirlər ki, Azərbaycan Ordusu bu möhtəşəm döyüş taktikası ilə nümunə göstərdi. Hələ müharibənin davam etdiyi müddətdə ordumuzun döyüş taktikasını heyranlıqla müşahidə edən hərbi analitiklər bildirirdilər ki, əgər döyüş sona qədər belə davam edərsə, 2 həftəyə Ermənistan hərbi birləşmələrinin tamamilə iflası reallaşacaq. Beynəlxalq hərbi ekspertlərin qənaətinə görə, hücum dronlarının döyüşdəki yüksək hədəf dəqiqliyi dünya hərb tarixində bir ilkdir. Ordumuzun hərbi taktikasını, döyüş qabiliyyətini yüksək qiymətləndirən hərbi ekspertlər bu fikirdədirlər ki, Azərbaycan Ordusunun döyüş taktikası hətta ən fövqəlgüc ölkələrin ordularında da qeydə alınmayıb. Şuşanın azad edilməsi uğrunda hərbçilərimizin nümayiş etdirdiyi qeyri-adi peşəkarlıq bu gün də beynəlxalq aləmdə öyrənilir.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi labüd idi. Ona görə ki, əvvəla, ordumuz haqq-ədalət uğurunda döyüşürdü, digər tərəfdən əsgər və zabitlərimizdə Vətənə, torpağa dərin bağlılıq, torpağımızı yağıdan geri almaq qətiyyəti var idi. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələri təkcə silah və müasir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni reallaşdırdı.
Qeyd edək ki, Şanlı Qələbəmiz əsgər və zabitlərimizin qəhrəmanlığı gənclərimizdə hərbi vətənpərvərlik ruhunu daha da artırıb. Gənclərin orduya dəstək üçün nümayiş etdirdikləri birlik bir daha göstərir ki, ölkəmizdə milli mənəviyyat, vətənpərvərlik hissi yüksəkdir. Azərbaycan xalqı öz ərazi bütövlüyünü qorumağa hər an hazırdır. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dövlət və ordu quruculuğu istiqamətində atdığı qətiyyətli addımlar və dövlət başçısının ətrafında bir yumruq kimi birləşmiş xalq və dövlətimiz güclü, rəşadətli orduya malikdir.
Prezident-xalq-ordu birliyini əks etdirən möhkəm bağlılıq xalıqmızı daha da qürurlandırıb. Vətən qarşısında öz borcunu dərk edən, Azərbaycan övladı kimi şərəflə ordu sıralarına qoşulmağı hər bir yeniyetmə səbirsizliklə gözləyir. Biz Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin hər bir qərarını dəstəkləyir və onun icrasına daim hazırıq. Azərbaycan xalqının birliyini, dövlətimizin, qəhrəman ordumuzun gücünü heç bir qüvvə sarsıda bilməyəcək!
Hazırda isə düşməndən azad edilmiş bütün ərazilərdə quruculuq işləri aparılır, infrastruktur bərpa edilir. Yenidənqurma, bərpa-quruculuq işlərinin geniş vüsət alması Qarabağın qısa vaxtda çiçəklənəcəyinə və oraya yenidən həyat qayıdacağına əminlik yaradır. Bununla yanaşı, xalqımızda sonsuz dərəcədə əminlik var ki, “Dəmir yumruq” ermənilər tərəfindən törədiləcək təxribatların qarşısını almağa hər zaman hazırdır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025