Mobil versiya
Azərbaycan dünyaya nümunədir
Tarix: 24-03-2022 | Saat: 18:48
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan dünyaya nümunədir

Şuşa şəhərində ölkəmizin yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisinin və BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxslərinin Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının keçirilməsi mühüm hadisədir və Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı olmaqla yanaşı, həm də diplomatik mərkəzə çevrildiyini nümayiş etdirir.

Bu sözləri açıqlamasında deputat, Avronest Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Deputat qeyd edib ki, ölkəmizin BMT-yə üzv olduğu 30 il ərzində Azərbaycan qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən, beynəlxalq öhdəliklərinə sadiq qalan, bəşəriyyəti narahat edən problemlərə çevik və ədalətli mövqe sərgiləyən bir dövlət kimi nümunəvi davranış sərgiləyib:

“Təsadüfi deyil ki, məhz bu amil Azərbaycanın 2012-2013-cü illərdə dünyanın 150-dən çox ölkəsinin dəstəyi ilə Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsinə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslərin istisnasız olaraq dəstəklənməsinə zəmin yaradıb. Azərbaycanın müstəqil hüququn subyekti olan bir dövlət olaraq, ən böyük fərqi təşəbbüskar olması, dünyanın müxtəlif bölgələrində baş verən humanitar fəlakətlərin aradan qaldırılması prosesinə çağırış gözləmədən qoşulması, mədəniyyətlərarası dialoqa, xalqlar və dini konfessiyalar arası münasibətlərin inkişafına davamlı töhfə verməsidir. Təkcə ötən il ərzində Azərbaycan dünya ölkələrinə 30 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərib".

"Ölkəmiz pandemiyaya qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına, region dövlətləri də daxil olmaqla 80-dən çox ölkəyə humanitar dəstək verib. Bu həm də o deməkdir ki, dövlətlərin böyüklüyü onların ərazisinin miqyası, əhalisinin sayı ilə deyil, məsuliyyətləri ilə ölçülür. Azərbaycan bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dönəmlərdə, nəinki qlobal məsuliyyətini dərk edən dövlət olduğunu, hətta qlobal məsuliyyət və humanizm müstəvisində bütün dünyaya nümunə ola biləcəyini təsdiqləyib. Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının Şuşa şəhərində keçirilməsi sübuta yetirir ki, BMT Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində ölkəmizlə yaxından əməkdaşlıq etməklə bölgədə qurucu, yaradıcı atmosferin davamlı olmasına öz töhfəsini verəcək”, - deyə parlamentari bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə