Mobil versiya
YAP Qazax rayon təşkilatı tərəfindən “Bağanıs Ayrım qətliamı qan yaddaşımızdan heç vaxt silinməyəcək !” mövzusunda tədbir keçirilmişdir - FOTOLAR
Tarix: 24-03-2022 | Saat: 17:45
Bölmə:Gündəm | çapa göndər

YAP Qazax rayon təşkilatı tərəfindən “Bağanıs Ayrım qətliamı qan yaddaşımızdan heç vaxt silinməyəcək !” mövzusunda tədbir keçirilmişdir

YAP Qazax rayon təşkilatı tərəfindən 24 mart 2022-ci il tarixdə Bağanıs Ayrım qətliamının 32-ci ildönümünə həsr olunmuş “Bağanıs Ayrım qətliamı qan yaddaşımızdan heç vaxt silinməyəcək !” mövzusunda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına gedərək, Abidə Kompleksinin önünə gül dəstələri qoyaraq, Şəhidlər Xiyabanını ziyarət etmişlər. Ziyarət zamanı şəhidlərimizin müqəddəs ruhlarına dualar oxunmuşdur.
YAP Qazax rayon təşkilatının iclas zalında keçirilən tədbiri giriş sözü ilə təşkilatın sədri Anar Nəbiyev açmışdır. Onun təklifi ilə Bağanıs Ayrım qətliamı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.


AİA.Az xəbər verir ki,sonra Anar Nəbiyev məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir ki, son 200 il ərzində mənfur qonşular tərəfindən dəfələrlə xalqımıza qarşı faciələr, soyqırımlar, qətliamlar törədilmişdir. Onlardan ən dəhşətlilərindən biri 1990-cı il mart ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım kəndində törədilən bir ailənin qətliamıdır. Belə ki, xarici havadarlarının dəstəyi ilə erməni silahlı birləşmələri qəfildən kəndə hücum edərək bir ailənin 5 nəfər üzvünü ocağa ataraq diri – diri yandırmışlar. Ən dəhşətlisi odur ki, onların içərisində 39 günlük körpə də olmuşdur. Bundan başqa bir nəfər kənd sakinini və bir nəfər polis işçisini də amansızlıqla qətlə yetirmişlər. Bu qətliam 20-ci əsrin sonunda xalqımıza qarşı törədilən dəhşətli soyqırım aktı kimi tarixə düşmüşdür. Azğınlaşmış ermənilər kəndi yerlə yeksan etmişlər. Bu faciəni xalqımız heç zaman unutmayacaqdır !
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışmışdır. Qeyd etmişdir ki, bədnam ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələri heç zaman unutmuruq. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz Qələbə qazandı. Torpaqlarımızı işğaldan azad etdi. Soyqırım qurbanlarının, müqəddəs şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı.

Sonra Bağanıs Ayrım kənd sakini, qətliamın canlı şahidi olmuş Səməd Ocaqverdiyev çıxış edərək, ürək ağrısı ilə erməni vəhşiliyindən, erməni qəddarlığından danışdı və yaxın zamanlarda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının uzaqgörən, müdrik siyasəti nəticəsində doğma Bağanıs Ayrım kəndinə qayıdacaqlarına inandığını və böyük əminliyini bildirdi.
Qazax şəhər 1 saylı və 2 saylı tam orta məktəbin şagirdləri Nərmin Tatlıyeva və Rəşad Nəsibov qətliama həsr olunmuş mənzum şeirlər söylədilər. Qazax şəhər 3 saylı tam orta məktəbin şagirdləri Türkan Rəhimova və Mədəd Mədədzadə vətənpərvərlik ruhunda mahnı ifa etdilər.

Tədbirdə fəal iştiraklarına görə bir neçə şagird YAP Qazax rayon təşkilatı tərəfindən Fəxri Fərmanlarla təltif olundular.
“Bağanıs Ayrım qətliamı qan yaddaşımızdan heç vaxt silinməyəcək!” mövzusunda tədbiri YAP Qazax rayon təşkilatının sədri A.Nəbiyev yekunlaşdırdı.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə