İdmançılarımız beynəlxalq yarışlarda öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər
Tarix: 22-03-2022 | Saat: 19:47
Bölmə:Gündəm | çapa göndər
Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi xarakter daşımır. Dövlətimiz xalqın, ilk növbədə, böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqətdə saxlamaqla yanaşı, ölkənin idman imicinin daha da yüksəldilməsinə çalışır.
Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizin idman sahəsində qazandığı uğurlarda güləşçilərimizin payı daha çoxdur. Belə ki, Azərbaycan güləş məktəbinin yetirmələri olan gənc olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi idmançılar sayılırlar. Pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər.
Belə yarışlardan birində – Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında idmançılarımız möhtəşəm uğura imza atıblar. Ümumilikdə 16 (7 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıblar. Bu nəticə həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində Azərbaycan güləşində rekord göstəricidir.
Bu günlərdə Prezident İlham Əliyev 7-ci Avropa Çempionatının iştirakçılarının qazandıqları böyük uğura görə qəbul edərkən, böyük fəxrlə qeyd edib ki, Azərbaycan idman dövlətidir və bizim idmançılarımız beynəlxalq yarışlarda öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər: “İdmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar… Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, bu günün idmançıları beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.
Yeri gəlmişkən, Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri çərçivəsində ən müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzində yer alır. Belə ki, hazırda yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa olunacağı əsas məkanlardan biri məhz işğaldan azad edilən ərazilər olacaq. Prezident İlham Əliyevin birbaşa diqqəti nəticəsində bu ərazilərdə idmanın inkişafına yeni təkan verən maddi-texniki bazasının yaradılması və möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına imkan verən infrastrukturun qurulması bu sahənin inkişafına mühüm töhfə verəcək. Dövlət başçısı bildirib ki, biz Qarabağı düşməndən azad edən, o torpaqlarda həyat yaradan, quran xalqıq: “Əlbəttə ki, azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. Biz indidən bu işlərlə məşğul oluruq. Stadionlar, idman kompleksləri və digər idman qurğuları şəhərlərin, azad edilmiş bütün şəhərlərin Baş planlarında da öz əksini tapır. İndidən federasiyalar, Gənclər və İdman Nazirliyi artıq layihələri təqdim etməlidir. Çünki şəhərlərin Baş planlarında idman qurğularının yerləşməsi nəzərdə tutulur”.
Bu baxımdan ümid edirik ki, güləşdən cüdoya, şahmatdan tutmuş müxtəlif digər intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək idmançılar nəsli artıq azad olunmuş ərazilərdə də yetişəcək. Bu nəsil Azərbaycanın idman ölkəsi kimi bütün dünyada layiqli yerini daha da möhkəmləndirəcək, onun nüfuzunu daha da yüksəldəcək, üçrəngli bayrağını yeni zirvələrə ucaldacaq.
Cavid Əsgərzadə,
YAP Göygöl rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025