Mobil versiya
Şeyxin qardaşı: Kişilik şortiklə ölçülmür
Tarix: 26-07-2015 | Saat: 10:23
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


“Mən Hafiz Hacıyevin fikri ilə razılaşmaram”.

“Kişinin şortik geyinməsində ayıb nə var ki? Hava isti olduğundan gənclər şortik geyinirlər. Bunda qəbahətli heç nə yoxdur”.

Aia.az xəbər verir ki, bunu azvision.az-a QMİ sədri Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin şortik geyinən kişilərlə bağlı fikrini şərh edərkən deyib.

Deputat hesab edir ki, geyim seçmək sərbəstliyi hər bir insanın normal hüququdur.

“Mən Hafiz Hacıyevin fikri ilə razılaşmaram.Burada nə var ki, yaydır, hava istidir, istirahət edən gənclər şortik geyinirlər. Şortik də geyinə bilərlər, şalvar da. Təbii ki, hər şeyin yeri olmalıdır. Belə təkliflər etmək, insanları aqressivləşdirmək lazım deyil. Hərənin öz fikri var. Şortik geyinmək və geyinməməklə kişilik ölçülmür.

Ola bilər ki, şalvar geyinsin bir insan, ancaq onun beynində, düşüncəsində əxlaqi problemi olsun, pis fikirlər dolaşsın. Elə də insan var ki, şortik geyinə bilər, ancaq açıq fikirli, açıq sözlü ola bilər. Belə şeyləri heç müzakirə də etmək lazım deyil”,- deyə C. Paşazadə deyib.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Oxu.Az-a açıqlamasında Novxanıda şortik qadağası ilə bağlı xəbəri şərh edərkən bildirib ki, şortik geyinən kişiləri insanlar fitə basmalıdırlar. Partiya sədri hesab edir ki, şortik geyinən kişiləri saxlayıb lağa qoyub, qılçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə