Mobil versiya
Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılır
Tarix: 19-03-2022 | Saat: 15:20
Bölmə:Gündəm | çapa göndər

Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılır

Baş nazir Əli əsədov İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Qrərar imzalayıb.

Qərarla "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1422 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

- İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılsın.

- "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının müvafiq olaraq

Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
7.4-cü və 7.8-ci bəndlərinə uyğun apardıqları inventarlaşdırma işlərinin nəticələrini əks etdirən məlumatları 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil versinlər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə