Mobil versiya
5 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş
Tarix: 18-03-2022 | Saat: 11:50
Bölmə:Gündəm | çapa göndər

5 il əvvəl itkin düşən qadın qətlə yetirilibmiş

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağsuda beş il əvvəl törədilən cinayətlə bağlı məlumat yayıb.

AİA.Az-a daxil olan məlumatda deyilir:

"1999-cu il təvəllüdlü Ağsu sakini Qəhrəmanova Ayşən Namizəd qızının 27 yanvar 2017-ci ilə itkin düşməsi faktına görə Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 2019-cu ildə dayandırılıb.

7 mart 2022-ci ildə iş üzrə icraat təzələnərək Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq-əməliyyat qrupu yaradılıb.

Müəyyən edilib ki, 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanovanı bıçaqla öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbristanlığında gizlədib. Yanvarın 28-də meyiti götürüb Kürdəmir rayonunda Şirvan kanalının yaxınlığında basdırıb.

16 mart 2022-ci ildə meyitin basdırıldığı yerdən insan skelet hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb. 17 mart 2022-ci ildə Asif Manafov şübhəli şəxs qismində tutulub, dindirilərkən törətdiyi əməli etiraf edib".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə