Mobil versiya
Ukraynada həlak olan 5 azərbaycanlının nəşi bu gün ölkəyə gətiriləcək
Tarix: 15-03-2022 | Saat: 16:43
Bölmə:Gündəm | çapa göndər

Ukraynada həlak olan 5 azərbaycanlının nəşi bu gün ölkəyə gətiriləcək

Ukraynada həlak olan azərbaycanlıların nəşi bu gün ölkəyə gətiriləcək.

aia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ukraynadakı vəziyyətlə əlaqədar həyatını itirən vətəndaşlarımızın nəşlərinin Azərbaycana gətirilməsinə dair KİV-in sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyətlə əlaqədar həlak olan 5 Azərbaycan vətəndaşının, o cümlədən Odessadan Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyəyə çalışan və Kuçurqan keçid məntəqəsində naməlum şəxslər tərəfindən odlu silahlardan açılan atəş nəticəsində dünyasını dəyişən 1975-cı il təvəllüdlü İsmayılov Nemət, 1966-cı il təvəllüdlü İsmayılov Rəhim, 1994-cü il təvəllüdlü Əlizadə Azər, 1997-ci il təvəllüdlü Salmanov Camal, habelə Xarkovda açılmış atəş nəticəsində həlak olan 1987-ci il təvəllüdlü Məmmədov Qoşqarın nəşi 14 mart tarixində Moldovanın Kişineu şəhərindən xüsusi maşınlarla Rumıniya və Bolqarıstan ərazisindən keçməklə Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana yola salınıb. Həlak olan vətəndaşların cəsədləri 15 mart tarixində Azərbaycan hava yollarının İstanbul-Bakı reysi ilə vətənə gətiriləcək və yaxınlarına təhvil veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə