Xalqımızı birləşdirən bayram şənlikləri. - FOTOLAR
Tarix: 15-03-2022 | Saat: 13:52
Bölmə:Gündəm | çapa göndər
Bu gün,15 mart 2022-ci il tarixdə Daşkəsən Su-kanal Sahəsi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.Yığıncaqda iştirak edənlər axırıncı Torpaq çərşənbəsində bir araya gəldiklərini bildirərək bir-birlərini təbrik etdilər.Bu müqəddəs gündə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhiq olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
AİA.Az xəbər verir ki,çıxış edənlər bildirdilər ki,1998-ci ilin nart ayının 24-də Ümummilli Lider Heydər Əliyevin xalqımızın müqəddəs bayramı olan Novruz Bayramı ilə əlaqədar söylədiyi fikirləri bir daha xatırladılar.
Ümumilli Lider Heydər Əliyev demişdir –“Gün o gün olacaq ki,Novruz bayramını bir dəfə Şuşada,o biri il Laçında,o biri il Kəlbəcərdə, Ağdamda,Füzulidə,Cəbrayılda,Zəngilanda,Qubadlıda keçirəcəyik.Əminəm ki,belə də olacaq.Mən buna inanıram və bu inamla yaşayıram,bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsi dinləndikdən sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxış etdi.
Ərazi partiya təşkilatının yeni sədri və müavini seçildi.
YAP sıralarına qəbul olunmaq istəyənlər ərizə ilə müraciət etdilər.
Çoxsaylı YAP üzvləri Ölkə Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin apardığı uğurlu siyasəti bundan sonra da geniş şəkildə təbliğ edəcəklərini və Daşkəsən şəhər sakinlərinə daha yüksək səviyyədə xidmət edəcəklərini bəyan etdilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025