Mobil versiya
Bakıda dünya çempionunu öldürən şəxs "Emin 444"ün xalası oğlu imiş
Tarix: 15-03-2022 | Saat: 10:16
Bölmə:Manşet / Gündəm | çapa göndər

Bakıda dünya çempionunu öldürən şəxs "Emin 444"ün xalası oğlu imiş

Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə mətbuata açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, hadisədən dərhal sonra polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

Xatırladaq ki, Z.Yusifov ötən gecə Binəqədi rayonu ərazisində qətlə yetirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə