Mobil versiya
Füzulidəki qəzada Şuşanın DYP rəisi xəsarət alıb - YENİLƏNİB
Tarix: 14-03-2022 | Saat: 16:13
Bölmə:Manşet / Gündəm | çapa göndər

Füzulidəki qəzada Şuşanın DYP rəisi xəsarət alıb -

Füzuli şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir.

aia.az xəbər verir ki, qəza nəticəsində xəsarət alan polis mayoru İ.Hümbətov xəstəxanaya yerləşdirilib.

***13:52

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə