Mobil versiya
Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib.
Tarix: 12-03-2022 | Saat: 11:03
Bölmə:Gündəm | çapa göndər

Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib.

Bu günlərdə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Sənəddə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya atılır. Qətnamənin mətninə baxdıqda bunun Avropa Parlamentində, yoxsa Erməni təşkilatında hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar o qədər absurd və yalandır ki, bunu yalnız illərdir dünyanı öz yalanlarına dolayan və dünyanın da nədənsə həvəslə yalanlarına “aldandığı” ermənilər yaza bilərdilər. Azərbaycana qarşı olan ikili standartlar, rasist xarakterli yanaşmalar və İslamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil edib. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsi Azərbaycana qarşı növbəti riyakarlıq kimi qiymətləndirilir.

Azərbaycanda demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Avropanın özündə isə insan haqlarının pozulması ilə bağlı ciddi problemlər mövcuddur. Bu qətnaməni hazırlayanların heç Azərbaycan reallıqlarından xəbəri yoxdur. Buna görə də Avropa Parlamentinin bu addımı ikili standartlarla yanaşmadan, qərəzdən, riyakarlıqdan baş bir şey deyil. 

Avropa Parlamentinin bu qətnaməni qəbul etməsi ölkəmizi, onun uğurlarını gözdən salmağa çalışan çirkin kampaniyanın tərkib hissəsidir. Bu kampaniyanın təşkilatçıları isə Azərbaycandakı sabitliyi, ölkəmizdəki sosial-iqtisadi inkişafı gözü götürməyən qüvvələrdir. Bu gün Azərbaycan xalqı öz iradəsini ifadə edir. Xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib, onun yürütdüyü siyasəti tam dəstəkləyir.
Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşdırılması, ölkəmizdə fundamental hüquq və azadlıqların qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün pozulan hüquqlarıdır. Təəssüf ki, onların hüquqlarının pozulması, doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri indiyədək hər hansı tələb irəli sürməyiblər. Ermənilər 30 il ərzində bizə humanitar terror törətmələrinə baxmayaraq, indi belə təəssürat yaranır ki, guya bunun əksi olub.Bir milyondan çox insanın kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan təşkilatın həqiqətə uyğun olmayan faktlar əsasında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi ədalətsizlikdir. 
 
Heç bir təşkilatın müstəqil bir ölkənin daxili işlərinə qarışmağa haqqı yoxdur. Antiazərbaycan qüvvələrin qəbul etdiyi bu qətnamə qərəzlidir və ölkəmizə qarşı təzyiq məqsədi daşıyır. Müəyyən xarici dairələr bəzi ölkələr kimi Azərbaycanı da alət kimi istifadə etməyə çalışırlar. Onları nə Azərbaycan xalqı, nə də Azərbaycanın həqiqətləri maraqlandırır. Bu kimi təşkilatlar yalnız və yalnız müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək belə bir qərəzli mövqedə dayanır, qeyri-obyektiv qətnamələr qəbul edilir. 
Avropa Parlamentinin qətnaməsində irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür. Bu qətnamənin qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir.
Bu gün Müzəffər Ali Baş Komandan, Möhtərəm cənab Prezident İlham Əliyev müstəqil dövlətin rəhbəri olaraq müstəqil siyasət yürüdür, Azərbaycanı analoqu olmayan inkişaf yolu ilə irəli aparır, ölkəmizi dünyanı çalxalayan maliyyə böhranından, çirkin siyasi çəkişmələrdən bacarıqla qoruyur. Biz İlham Əliyevin bu ağıllı, düşünülmüş siyasətini hər zaman dəstəkləmişik və bundan sonra da atacağı hər bir addımı fəal müdafiə edəcəyik. Bu cür hadisələr bir daha onu göstərir ki, biz daha fəal və ehtiyatlı olmalı, qabaqlayıcı tədbirlər görməli, dövlətimizin müdafiəsində vahid cəbhədə, Prezidentimizin ətrafınızda daha sıx birləşməliyik.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə