Mobil versiya
40 azərbaycanlı çətin durumda: “Moldovada stadionda qalırıq, çox soyuqdur” - FOTO/VİDEO
Tarix: 11-03-2022 | Saat: 15:18
Bölmə:Gündəm | çapa göndər

40 azərbaycanlı çətin durumda: “Moldovada stadionda qalırıq, çox soyuqdur” -

Hazırda Ukraynadan Moldovaya keçib Azərbaycana gəlməyi gözləyən yüzlərlə vətəndaşımız var. Onlardan biri də Sabirabad rayon sakini Telman Bayramovdur.

O, Moldovadakı vəziyyətlə bağlı Bakupost.az-a danışıb.

Bildirib ki, hər gün bir qisim insan Azərbaycana yola salınır:

“Martın 5-də Ukraynanın Sumı şəhərindən ailə üzvlərim və qohumlarımla birlikdə 15 nəfər Moldovaya keçdik. 6 gün yolda olduq, amma 3 gündür ki, Moldovanın Kişinyov şəhərində stadion kimi bir yerdə qalırıq. Düzdür, çox soyuqdur, amma qida ilə bağlı elə də çətinlik yoxdur. İndi 40-a yaxın azərbaycanlı var burada. Dünən 60-70 soydaşımız Vətənə yola salınıb. Hamını sıra ilə yola salırlar. Hər gün Azərbaycanın Moldovadakı səfiri özü gəlib maraqlanır. Martın 13-də ailəm təyyarə ilə Vətənə yola düşəcək, mən isə avtobusla gedəcəyəm. Buradan bizi avtobusla Rumıniya aeroportuna aparacaqlar, oradan isə Bakıya 3 gündən bir uçuş olur.

Təyyarə ilə yaşlılar, qadınlar, 5 yaşına qədər körpə uşaqlar üçün Azərbaycana uçuş biletinin pulu dövlətimiz tərəfindən ödənilir. Kişilər avtobusla gələrsə, adam başına 95 dollar ödəməlidirlər”.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə