YAP-ın ali qayəsi növbəti zəfərlərə doğru inamla addımlamaqdan ibarətdir ŞƏRH
Tarix: 10-03-2022 | Saat: 20:08
Bölmə:Gündəm | çapa göndər
Bütün bu gerçəkliklər isə bizlərin gələcəyimizə daha inamla, qələbə və zəfər ruhu ilə baxmağımıza zəmin yaradır
Yeni Azərbaycan Partiyasının VII qurultayından keçən bir il ölkəmizin, YAP-ın həyatında bir çox mühüm tarixi məqamlarla yadda qalıb. Dövlətimizin başçısı, YAP-nın Sədri cənab İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini təhlil etdi və bu siyasi qüvvənin perspektiv xarakterli strateji hədəflərini açıqladı. Məhz bu baxımdan, YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı olaraq qiymətləndirilməkdədir.
Azərbaycanın hər bir uğurunda ayrıca payı və töhfəsi olan YAP da VII qurultayını məhz tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar mərhələsində keçirdi
Artıq kifayət qədər bəllidir ki, son bir ildə aparılan işlərin daha bir qayəsi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyasını genişləndirmək, bu işləri müasir tələblər səviyyəsində həyata keçirib soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Bu xüsusda, Azərbaycanın hər bir uğurunda ayrıca payı və töhfəsi olan YAP da VII qurultayını məhz tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar mərhələsində keçirdi.
Azərbaycanın bu uğurlarında Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Tarixi həqiqətdir ki, Ümummilli Liderimiz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın yaşadığı çətinliklərin tezliklə keçib gedəcəyini, hər bir Azərbaycan vətəndaşının qüdrətli Azərbaycanla qürur duyacağını əminliklə səsləndirmişdi. Əlbəttə, bu əminlik Ulu Öndərimizin dövlətinə, xalqına bağlılıq hissinə, zəngin dövlətçilik təcrübəsinə əsaslanırdı. O cümlədən, Heydər Əliyev dühası Azərbaycanın dünyaya Günəş kimi doğacağını öz mütərəqqi uzaqgörənliyi ilə vurğulamışdı. Və bu gün həmin əminlik özünü bütün reallıqları ilə isbatlayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müasir və müstəqil Azərbaycanımız məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır!
Son 18 ildə xalqımızın Lideri İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanın qazandığı davamlı uğurlara söykənərək bizlər bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, müasir və müstəqil Azərbaycanımız məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır!
Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəflərində də yeniliklərə, təkmilləşməyə meyillilik özünün aydın ifadəsini tapıb. Belə ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi, kreativ düşüncəli və novatorçu gəncliyə böyük ehtiyac duyulduğu indiki mərhələdə hakim partiyanın 800 minə yaxın üzvünün təxminən 40 faizinin gənclər olması isə uğur reallığının növbəti göstəricisidir. Beləliklə, YAP ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, 30 ilə yaxın dövr ərzində təcavüzkar Ermənistanın işğalı altındakı Qarabağ torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərdi. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti isə cənab İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən sonrakı dövrlərdə yetişən, milli-dövlətçilik ruhunda ərsəyə gələn gənclərimizdir. Onlar düşmənə göz açmağa imkan verməyərək, vətənpərvərlik və fədakarlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar və özlərindən sonrakı gəncliyin bəhrələnməsi üçün vətənpərvərlik məktəbini yaratdılar. Bu məktəbin təməlində isə əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin bizlərə miras buraxdığı, Prezident İlham Əliyev tərəfindən isə uğurla inkişaf etdirilən Böyük Azərbaycançılıq ideyaları faktoru dayanmaqdadır.
Partiyanın VII qurultayında qəbul olunmuş qərarlar paralel olaraq milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi
Daha bir mühüm məqamı da qeyd etmək istərdim ki, yaranmış mövcud reallıqlar YAP-da islahatların aparılmasının və yeni fəaliyyət prioritetlərinin müəyyən etdi. YAP yeni idarəetmə modeli isə öz mükəmməlliyi ilə seçilir. Misal üçün, ayrıca olaraq vurğulaya bilərik ki, partiyanın VII qurultayında qəbul olunmuş qərarlar paralel olaraq milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.
Partiyada Birinci müavin postunun təsis olunması və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin edilməsi idarəetmə prosesinin daha da təkmilləşdirilməsini isbatladı. Həmçinin, VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, təşkilatımızın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. Eləcə də, Yeni Azərbaycan Partiyasının yeni formalaşdırılmış Mərkəzi Aparatı və yerli strukturları müasir dövrün tələblərini, partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə, çevik, səmərəli idarəetmə prinsipləri əsasında həyata keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına öz töhfələrini verməkdədir. Bütün bu gerçəklilər isə bizlərin gələcəyimizə daha inamla, qələbə və zəfər ruhu ilə baxmağımıza zəmin yaradır. YAP hər zaman qələbə və zəfərlər partiyası olaraq öz əməli fəaliyyəti ilə yalnız və yalnız irəliyə doğru mütərəqqi addımlarını atır.
Məhəmməd BALAQADAŞOV,
YAP Xaçmaz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025