Mobil versiya
Bəxtiyar Hacıyev özünü və maşınını yandırmaq istəyib - Rəsmi
Tarix: 09-03-2022 | Saat: 16:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bəxtiyar Hacıyev özünü və maşınını yandırmaq istəyib -

Bəxtiyar Hacıyev bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib.

Bu barədə DİN Mətbuat xidmətindən cavab olaraq bildirilib.

"Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.

Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir", - deyə məlumatda qeyd olunub.(trend)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə