Mobil versiya
Xarkovda evə raket düşdü: Dörd azərbaycanlı həlak oldu
Tarix: 05-03-2022 | Saat: 13:18
Bölmə:Manşet / Gündəm | çapa göndər

Xarkovda evə raket düşdü:

“Dünən axşam saatlarında Xarkov vilayətinin raket atəşinə tutulması zamanı azərbaycanlı ailə həlak olub”.

Bunu Oxu.Az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov deyib.

O bildirib ki, Xarkov vilayətində olan azərbaycanlı ailənin evinə raket düşüb:

“Həmin azərbaycanlı əslən Lənkərandan olub. Onun Xarkov vilayətində “Ləvəngi” adlı restoranı olub. Adı Emindir, xanımı və iki övladı ilə birlikdə ölüb. Hadisə baş verən əraziyə rus ordusu nəzarət etdiyindən çətinliklər yaranır. Ona görə də cəsədlərin ərazidən çıxarılmasında problem var”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə