Ukrayna DİN: “Xarkovun atəşə tutulması davam edir, Çerniqovda vəziyyət ağırdır”
Tarix: 05-03-2022 | Saat: 12:20
Bölmə:Manşet / Gündəm | çapa göndər
“Ukraynanın Xarkov şəhərinin atəşə tutulması davam edir, Çerniqovda vəziyyət gərgindir”.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
O, həmçinin, Xarkov yaxınlığında düşmənin 488-ci motoatıcı alayının məhv edilməsi münasibətilə ukraynalıları təbrik edib.
Denisenkonun sözlərinə görə, gecə saatlarında Ukraynanın cənubuna - İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskiyə hava hücumu olub.
O xatırladıb ki, dünən Xersonda ruslar humanitar yardım paylamağa cəhd ediblər, lakin yerli sakinlər gəlməyiblər.
“Yaxınlıqdakı müəssisələrdən Xerson şəhərinə məhsul gətirmək üçün humanitar dəhlizlərlə bağlı ilkin razılaşmalar var idi. Onu qəsdən bağladılar, gətirməyə imkan vermədilər ki, insanlar gəlib ruslardan humanitar yardım istəməyə başlasınlar. Xerson sakinlərinin özlərində güc tapması münasibəti ilə özümüzü təbrik etmək istərdim, afərin. Demək istəyirəm ki, biz sizin humanitar yardımınıza əhəmiyyət vermədik, əslində bizi acından öldürmək istəyən də sizsiniz”, - deyə Denisenko bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025