Mobil versiya
Qətərin Azərbaycandakı səfiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi qonağı oldu - FOTOLAR
Tarix: 02-03-2022 | Saat: 17:36
Bölmə:Gündəm | çapa göndər

Qətərin Azərbaycandakı səfiri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi qonağı oldu

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Qətər Dövlətinin Azərbaycandakı səfiri cənab Faisal bin Abdullah Hamad Al- Hanzab-ı qəbul etdi.

aia.az xəbər verir ki, səfər çərçivəsində Novruz Aslanov Qətərin Azərbaycandakı səfiri Faisal bin Abdullah Hamad Al- Hanzab-ı Milli Cəmiyyətdə görməkdən məmnun olduğunu bildirdi.

Cənab Novruz Aslanov hər iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirdi. Görüş zamanı, həmçinin, humanitar sahədə aparılan işlərə dair hazırkı əlaqələr və gələcək perspektivlər də müzakirə edildi. İkitərəfli danışıq əsasında işçi qrupunun yaradılması, görüşlərin keçirilməsi və gələcəkdə humanitar sahədə anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

Cənab səfir öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışıb. Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə