Mobil versiya  Çərşənbə axşamı, 11 mart 2025, 17:11:07  
Göyçayda gənc qızın oğurlanaraq işgəncə verilməsi ilə bağlı cinayət işi başlandı
Tarix: 01-03-2022 | Saat: 11:23
Bölmə:Gündəm | çapa göndər

Göyçayda gənc qızın oğurlanaraq işgəncə verilməsi ilə bağlı cinayət işi başlandı

Göyçay rayonunda 21 yaşlı qızın oğurlanaraq işgəncə verilməsi ilə bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Əliyev Feyruz Mahmud oğlunun həmkəndlisi 2001-ci il təvəllüdlü qızı onun iradəsinə zidd olaraq qaçırıb oğurlaması ilə bağlı hadisə Göyçay rayon Polis Şöbəsində araşdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsilə cinayət işi başlanıb.

Faktla bağlı istintaq davam etdirilir.

Xatırladaq ki, hadisə fevralın 26-da səhər saatlarında Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində baş verib. Kənd sakini Feyruz Əliyev evlənmək məqsədilə atası Mahmud Əliyev və anası Yeganə Əliyeva ilə birləşərək qonşuları olan 21 yaşlı qızı oğurlayaraq tövlədə saxlayıb, əllərini və ağzını bağlayıb. Göyçay rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız xilas edilib. Hadisəni törətməkdə şübhəli bilinən Feyruz Əliyev saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-03-2025