Səfirdən vətəndaşlara Ukrayna ilə bağlı MÜRACİƏT: “Öz maşınlarınızla gəlin”
Tarix: 28-02-2022 | Saat: 11:12
Bölmə:Gündəm | çapa göndər
Bu gün Ukraynadakı vəziyyətlə əlaqədar 174 vətəndaşımız Moldovadan Rumıniyaya keçiriləcək, oradan isə Azərbaycana gətiriləcək.
Oxu.Az-ın məlumatına görə, Moldovada 500-ə yaxın azərbaycanlının ölkəmizə təxliyə olunması gözlənilir.
Vətəndaşlarımız avtomobilləri ilə ölkəmizə yola salınacaqlar.
Azərbaycanın Moldovadakı səfirliyindən bildirilib ki, Rumıniya və Bolqarıstan arasında viza rejiminin olmasına baxmayaraq, mövcud vəziyyətlə bağlı vizaya ehtiyac yoxdur:
“Artıq Ukraynada yaşayan vətəndaşlarımız oradan öz avtomobilləri ilə Moldovaya keçə bilərlər”.
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Ukraynadan çıxmaq istəyən vətəndaşlarımıza müraciət edib:
“Maşını olan şəxslər öz avtomobilləri ilə sərhədə yaxınlaşsınlar. Onlar ailələri ilə birlikdə öz maşınları ilə Ukrayna, Moldova, Bolqarıstan, Türkiyə, Gürcüstan sonra isə Azərbaycana gedə bilərlər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2025
01-02-2025
31-01-2025